Trabzon Firin Baku

Trabzon Firin Baku Azərbaycanda ilk olaraq, Trabzon taş fırınında bişən təbii çörəklər

26/08/2026
24/08/2026

Naxışlı Çoxdar Çörəyi – hər dilimdə təbii ləzzət! 🌾

Təbii mayalanma ilə hazırlanan Naxışlı Çoxdar Çörəyi zəngin dadı, xırtıldayan qabığı və yumşaq içi ilə süfrələrinizin vazkeçilməzinə çevriləcək. Liflə zəngin tərkibi və özünəməxsus aromatı ilə həm gündəlik istifadə, həm də xüsusi süfrələr üçün ideal seçimdir.

Trabzon Fırın ünvanlarımız:

📍Əhmədli (Ə. Şıxlinski 34C, 204 nömrəli məktəblə üzbəüz)
📱 +994 (55) 348 05 00

📍Nərimanov (Əşrəf Əliyev 148)
📱 +994 (99) 390 41 51

📍Qaraçuxur (N. İsmayılov 69A)
📱 +994 (55) 490 41 51

🚗 Wolt ilə sifariş et!

🛒 Məhsullarımızı Peynirci Baba mağazalarından da əldə edə bilərsiniz.

16/08/2026
16/08/2026

Oğlunu erkən itirdi, həyat yoldaşı onun doğum günündə qollarında can verdi – Azərbaycanlı məşhurun faciəvi həyatı…

Nailə Mirməmmədli 1961-ci ildə “Sovetski”də anadan olub.

1985-ci ildə Tusi adına Pedaqoji Universitetində musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub.

***

Nailə Mirməmmədli bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı olub. Onlar hər ikisi “Sovetski”də yaşayıblar, yanaşı məktəblərdə təhsil alıblar. Anaları bir sinifdə oxuyub, ancaq uşaqlıq illərində heç vaxt rastlaşmayıblar. Nailə xanımı Müəllimlər evində “Xəyal” instrumental ansamblına əsgərlikdə olan Hikmət Mirməmmədlinin yerinə işə götürürlər. Əsgərlikdən qayıdan Hikmətlə birgə işləməli olacağını düşünən Nailə xanım işdən çıxmaq qərarına gəlir, ancaq Hikmət buna razı olmur. Yalnız bir konsertdə birgə işlədikdən sonra o özünə başqa iş tapacağını deyir. Lakin iş elə gətirir ki, onlar möhkəm dost olurlar. Bu dostluq isə sonradan böyük məhəbbətə çevrilir. Günlərin birində isə Hikmət Mirmmədli Nailə xanıma deyir: “Ad günündə bizimkilər sizə gələcəklər”.

Lakin Hikmət əsgərliyə getməzdən əvvəl anası və bacısı ona qohumlardan başqa qızı gözaltı edirlər. Onun Nailəyə elçi göndərməsi fikri ailəsi tərəfindən xoş qarşılanmır. Hikmət isə deyir, ya istədiyim qızı alacam, ya da onu götürüb qaçacam. Beləliklə, ailələr onların evlənməsinə qarşı çıxmırlar və onlar ailə qururlar. Cütlüyün iki oğlu, bir qızı dünyaya gəlir.

***

Nailə Mirməmmədli 2001-ci ildə atasını itirib. 1 il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. Nailə Mirməmmədli oğlunun ölümündə onun dostlarını günahlandırırdı. O, müsahibələrinin birində deyib:

“Dostları hər gün uşağa deyirdilər ki, ana uşağısan, bəsdir evdə oturdun, gedək dənizə. Ad gününə bir həftə qalmışdı. Uşaqlar onu dənizə apardılar. Bu da sübut etmək istəyirdi ki, uşaq deyiləm. Getdi dənizə, bir də qayıtmadı”.

2002-ci ildə 16 yaşlı oğlu Seyid Hüseynin dostları ilə dənizdə çimərkən boğulması xəbəri ailədən ilk olaraq Hikmət müəllimə verilir. O, Nailə xanıma heç nə demədən hadisə yerinə gedir. Oğlunun ölümünə inanandan sonra elə hadisə yerində infarkt keçirir.

***

Nailə Mirməmmədli ağrılarına görə siqaret çəkdiyini özü dəfələrlə etiraf edərək deyib:

“Siqaret çəkməyi mənə Hikmət öyrədib. Adamların arasında çəkən deyiləm. 42 yaşımda oğlumu itirdim. Ondan sonra siqaret çəkməyə başladım. Dərmanlar təsir etmirdi. Daha güclüsünü yazırdılar, yenə xeyri olmurdu. Hikmət özü mənə öyrətdi ki, siqaret səni sakitləşdirə bilər”.

Nailə Mirməmmədlinin bəstələdiyi mahnıların içərisində “Dərd verdin” mahnısı beş il onun siyirməsində qalıb. Oğlu rəhmətə gedəndən sonra həmin mahnını Mətanət İsgəndərli ifa edib. O, mahnını o qədər yanğılı ifa edir ki, hər kəs elə bilir ki, bəstəkar bu mahnını oğlunun ölümünə yazıb.

***

Müsahibələrinin birində Nailə xanım oğlunun ölümündən danışarkən deyir:

“Xeyli vaxt ağladım, oğlumu dəfn edəndə isə, ümumiyyətlə, özümü ələ ala bilmirdim. Bir xanım mənə yaxınlaşıb dedi ki, bizim şəhidlərimiz var, sən isə dənizdə boğulan oğlun üçün ağlayırsan, ixtiyarın var ağlamağa? Bu söz məni tutdu! Bir anlıq düşündüm ki, oğlum dənizdə boğulub, amma başqalarının övladları Vətən üçün şəhid olur. Oğlumun ölümünə ağlamaqdan utandım”.

2007-ci il, mayın 23-də Nailə Mirməmmədlinin ad günü idi. Ailə həm Əməkdar incəsənət xadimi adının alınması, həm də ad günü münasibəti ilə məclis təşkil etmək qərarına gəlir. Ancaq iş elə gətirir ki, mayın 22-də dostlardan birinin ad günündə olan Hikmət Mirməmədli növbəti dəfə infarkt keçirir və Nailə xanımın qolları üstdə dünyasını dəyişir.

***

Nailə Mirməmədli 2021-ci il, yanvarın 4-də ürək tutmasından dünyasını dəyişib. “Qurd qapısı” məzarlığında dəfn olunub.

15/08/2026

🌱 Tam Qlütensiz Vegan Çörəyi

Sağlam qidalanmağa önəm verənlər üçün hazırlanmış bu çörək tam qlütensiz və bitki tərkiblidir. Xüsusilə qlütenə həssas olanlar, Celiac disease (çölyak) və qida seçiminə diqqət edənlər üçün uyğun alternativdir. Tərkibindəki təbii liflər sayəsində balanslı qidalanmanı dəstəkləyir və şəkər qəbuluna diqqət edənlər üçün də daha düşünülmüş seçim ola bilər.

✨ Tərkibi:
• Yaşıl qreçka
• Üyüdülmüş çia toxumu
• Üyüdülmüş kətan toxumu

Təbii, qidalı və doyumlu seçimi ilə sağlam həyat tərzinə uyğun ideal seçimdir 💚

📍 Trabzon Fırın ünvanlarımız:
Əhmədli (Ə.Şıxlinski 34C, 204 nömrəli məktəblə üzbəüz)
📱 +994(55)3480500

Nərimanov (Əşrəf Əliyev 148)
📱 +994(99)3904151

Qaraçuxur (N. İsmayılov 69A)
📱 +994(55)4904151

🚗 Wolt ilə sifariş edə bilərsiniz!
🛒 Həmçinin Peynirci Baba mağazalarından əldə edə bilərsiniz.

Address

Qaraçuxur Nizami İsmayılov 11
Baku

Telephone

+994553351163

Website

Alerts

Be the first to know and let us send you an email when Trabzon Firin Baku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share