06/06/2025
Hörmətli müştərilər və dəyərli tərəfdaşlarımız!
İslam aləminin ən əziz və müqəddəs günlərindən biri olan Qurban bayramı münasibətilə Sizi “Salam Aleykum” Restoranının rəhbərliyi və kollektivi adından səmimi-qəlbdən təbrik edirik!
Bu mübarək bayramın ailələrinizə bolluq, süfrələrinizə bərəkət, qəlblərinizə səadət və bütün dualarınıza qəbul olma sevinci gətirməsini diləyirik.
Qurban bayramı insanlar arasında həmrəylik, mərhəmət və paylaşmaq kimi ali dəyərlərin təcəssümüdür. Gəlin bu gözəl dəyərləri birlikdə yaşadaq və paylaşaq.
Qurban Bayramınız mübarək olsun!
Hörmətlə,
“Salam Aleykum” Restoranı
Rəhbərlik və kollektivi